Bakı Metropoliteni avqustun 9-dan 13-dək sərnişinlər üçün beş stansiyasını bağlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə metropolitendən məlumat verilib.
“Tikinti işlərii ilə əlaqədar olaraq Bakı Metropoliteninin “20 Yanvar-Dərnəgül” sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Bununla da həmin müddət ərzində “20 Yanvar-Dərnəgül” və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən “20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarından müvəqqəti istifadə edə bilməyəcəklər.
Qatarlar “İnşaatçılar” stansiyasından geri qayıdacaq.
Tikinti işləri yeni metro xəttlərinin çəkilməsi ilə əlaqədardır.