“Atəşgah” sığorta şirkəti 2012-ci ilin yanvar-iyul aylarında avto-KASKO üzrə 2,2 mln. manat ödəyib. Bu barədə şirkətdən məlumat verilib.
“2011-ci ilin analoji dövrü ilə müqayisədə KASKO üzrə ödənişlər 418 min manat artıb”, - deyə məlumatda qeyd olunur.
2012-ci ilin iyul ayında “Atəşgah” sığorta şirkəti KASKO üzrə üç iri ödəniş həyata keçirib. Belə ki, 10,06 min manat məbləği “Hyundai I40” markalı avtomobilin sığortaçısına digəri ilə toqquşması nəticəsində xarab olmasına görə ödənilib. 29,15 min manat məbləğində ikinci ödəniş “Volkswagen Touareg” markalı avtomobilin sahibinə, üçüncü – 15,719 min manat məbləğində “Hyundai Sonata” markalı avtomobilin xarab olması faktı üzrə həyata keçirilib.
“Ümumilikdə, 2012-ci ilin iyul ayı ərzində “Atəşgah” sığorta şirkətinin KASKO üzrə ödənişləri 433 min manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3,699 mln. manata bərabərdir. Onun səhmdarları I.S.R. Holding Ltd, ARDNŞ və RAN-Eksim şirkətidir. 2012-ci ilin birinci yarısının yekunlarına görə, “Atəşgah” sığorta şirkəti yığılan haqqların həcmi üzrə Azərbaycanın aparıcı sığortaçılarının üçlüyünə daxildir.