“SOCAR Energy Ukraine” (ARDNŞ-in törəmə strukturu, SOCAR) “Kalina” qrupunun biznes-aktivlərinin bir hissəsinə malik olan “Atikva Esteyt” MMC-nin nəzarət payını almaq niyyətindədir. Bu barədə “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.
“Bu sazişin imzalanması nəticəsində 26 YDM və Xarkov vilayətində bir neft bazası (Odessa, Nikolayevsk, Poltava, Çerkas, Jitomir, Xarkov vilayətlərində) “SOCAR Energy Ukraine” qrupunun korporativ nəzarət sahəsinə keçəcək”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin qeyd etdiyi kimi, saziş Ukraynanın Antiinhisar Komitəsi (UAK) tərəfindən artıq təsdiq edilib.
Gələcəkdə SOCAR şəxsi korporativ standartları ilə müvafiq olaraq əldə edilən aktivlərin rebrendinqini keçirməyi planlaşdırır.
Öncə, iyulun əvvəlində “SOCAR Energy Ukraine” ölkədə işləyən brendləşdirilən yanacaqdoldurma komplekslərinin şəbəkəsini 30-dək genişləndirib.
“SOCAR Energy Ukraine” ARDNŞ-in Ukraynadakı YDM şəbəkəsinə rəhbərlik edir. Onlar Kiyev şəhərində (dörd YDK və bunker), o cümlədən Kiyev vilayətində (üç YDK), Lvov vilayətində (səkkiz YDK), Nikolayevsk vilayətində (altı YDK) və Rivnensk vilayətində (bir YDK) yerləşir.
2012-ci ilin aprel ayında “SOCAR Energy Ukraine” Ukraynada Demidovka kəndində (Odessa vilayəti) ilk avtomatlaşdırılmış YDK açıb.
SOCAR brendi altında işlıyən 30 YDK-dan əlavə şirkət bir sıra öncə əldə edilən, hələlik rebrendinq edilməyən yanacaqdoldurma məntəqələrinə malikdir.