1 avqust 2012-ci il tarixə olan məlumata görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 1 mln. 423,758 minə çatıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
1 mln. 406,236 min əhali, 17,522 min qeyri-əhali kateqoriyasından olan abonentlərdir. Bakı şəhəri üzrə “Azəriqaz” İB-nin abonentlərinin ümumi sayı 641,472 min təşkil edir. Bunun 632,115 mini əhali, 9,357 mini qeyri-əhali abonentləridir.
Məlumata görə, 1 mln. 422,42 min abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 mln. 404,898 mini əhali (99,9%), 17, 522 mini qeyri-əhali (100%) istehlakçılarıdır.
Bakı şəhəri üzrə 631, 425 min əhali abonenti (99,9%), 9,357 min qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 773,473 min əhali abonenti (99,9%) və 8,165 min qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.
Əhali kateqoriyasından olan abonentlərin mənzillərində 420 min “smart-kart” tipli qaz sayğacı quraşdırılıb.