Latviyanın “Brivais Vilnis” şirkəti balıq məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinə konsultasiya xidmətləri göstərməyə hazırdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
“Brivais Vilnis” şirkəti Baltik regionunda balıq məhsullarının emalı üzrə ixtisaslaşmış ən iri şirkətlərdən biridir və öz məhsullarını dünyanın 35 ölkəsinə ixrac edir.
"Brivais Vilnis" şirkəti 1949-cu ildən balıqçılıq kolxozu kimi fəaliyyət göstərib, 1992-ci ildə isə Səhmdar Cəmiyyətinə çevrilib. "Brivais Vilnis" Baltik və MDB məkanında eksklüziv balıq konservləri istehsal edən yeganə şirkətdir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.