Ermənistan Suriya və Livandan qaçan ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirmək cəhdləri ilə demokrafik böhranın qarşısını ala bilməyəcək.Milli Məclisin deputatı, professor Musa Qasımlı belə hesab edir.
“İrəvanda Suriya və Livandan qaçan ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılması yolu ilə demoqrafik fəlakətin qarşısını almağa çalışırlar, lakin bu cəhdlər əbəsdir”- deyə M.Qasımlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Suriya və Livandan olan həmvətənlərinin erməni vətəndaşlığı alması prosedurunun sadələşdirilməsi barədə Ermənistanın qərarını şərh edərkən Musa Qasımlı söyləyib ki, bu addımlarla ölkədən gedən ermənilərin axının qarşısını ala bilməyəcək. “Bu və ya digər xalqın demoqrafik inkişafı ilk növbədə bir sıra amillərlə yanaşı, sosial-iqtisadi inkişaf ilə əlaqədardır. Ermənistanda demoqrafik böhran ölkədə məhz sosial-iqtisadi vəziyyətin ağır olmasının nəticəsidir. Bildiyiniz kimi, Ermənistan əhalisi sosial-iqtisadi vəziyyətin ağır olması üzündən kütləvi qaydada ölkəni tərk edir. Ona görə, Ermənistan demoqrafik fəlakətdən yaxa qurtara bilməyəcək”,-deyə parlamentari qeyd edib.
Bununla yanaşı M.Qasımlı hesb edir ki, Minsk qrupunun həmsədr ölkələri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini qanunsuz olaraq məskunlaşdırmasının Qarabağ münaqişəsində sülhün əldə olunmasına əngəl törətməsi və gərginlik yaratması ilə bağlı bəyanatla çıxış etməlidirlər.