Azərbaycanın bir qrup məktəblisi Moskva və Smolenskdə 1812-ci il şanlı Vətən Müharibəsinin, və SSRİ Böyük Vətən müharibəsinin izlərini daşıyan yerlərə ekskursiya ediblər. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə “Rossotrudniçestva”nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Qrupun tərkibinə “Salam Rusiya” layihəsinin 45 iştirakçısı-Bakı, Sumqayıt,Lənkəran Gəncə Xaçmaz, Qəbələ ,Balakən, Zaqatala və İsmayıllı rayonunun İvanovka kəndindən olan məktəblilər daxil idi.Mənbənin məlumatına görə ekskursiyanı Rusiya tərəfi maliyyələşdirib.
Məktəblilər Borodino Memorialına səfər zamanı “Borodino – nəhənglərin döyüşü” və”Borodino Böyük Vətən müharibəsi illərində” adlı ekspozisiyalarla tanış olublar.Həmçinin, onlar üçün Smolenskdə 1812 il tarixi döyüşün keçirildiyi “Krasnoe” qəsəbəsinə və “Başnya Qromovaya” muzeyinə, eləcə də Moskvada Kremlə və Qlızıl Meydana, naməlum əsgərin məzarına, Aleksandrov bağına, şəkil qalereyalarına ekskursiyalar təşkil olunub.
Səfər zamanı məktəblilər tərəfindən Rusiya barədə maraqlı videosüjetlər hazırlanıb.Ən yaxşı videosüjet üçün uşaqlara mükafatlar verilməsi qərara alınıb.Mükaftların təqdimat mərasimi
Rusiya İnformasiya -Mədəniyyət Mərkəzinin 1812 –ci il Vətən Müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr edilmiş tədbiri ilə eyni vaxta salınacaq.Tədbir sentyabrın 15-də keçiriləcək.
“Salam Rusiya” layihəsi “Rossotrudniçestva”nın Azərbaycan nümayəndəliyi və RF-nin Azərbaycandakı səfirliyi tərəfindən tədris ili ərzində keçirilib.