DİN-in Baş Dövlət Yol Polis əməkdaşını vəzifəsini icra edərkən avtomobil vurub.
“İnterfaks – Azərbaycan” agentliyinə DİN-dən bildirildiyi kimi, iki yük maşının toqquşduğu hadisə yerində olan baş serjant Qadir Hacıyev “Mitsubishi» markalı avtomobil tərəfindən vurulub.
Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.