2012-ci ilin I yarısında fiziki şəxslərin xaricdən Azərbaycana pul köçürmələri ötən ilin analoji dövrü ilə müqayisədə 5,7% - $791 mln.-a qədər azalıb. Mərkəzi Bankdan "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, bu barədə bankın 2012-ci ilin I yarısı üzrə pul siyasəti icmalında qeyd edilir. İcmal AMB-nin saytında yerləşdirilib.
Xəbər verildiyi kimi, 2011-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 768 mln. təşkil edib.