Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həllində Şimali İrlandiya probleminin nizamlanması modelinin bəzi uğurlu detallarını nəzərə ala bilərlər.Amerikalı ekspert Cerard Tol belə hesab edir.
“Dağlıq Qarabağdakı vəziyyətin Şimali İrlandiyadakından fərqi çoxdur (bir çox amillərə görə İrlandiyada vəziyyət daha pisdir), lakin bununla belə,Şimali İrlandiya üzrə sülh prosesində bir sıra xüsusiyyətləri var ki, Qarabağ münaqişəsi tərəfləri bunu öyrənə bilərlər”,- deyə C.Tol “İnterfaks -Azərbaycan” agentliyinə bildirib.
Onun fikrincə,”Dağlıq Qarabağda vəziyyət bir çox səbəblərdən narahatlıq doğurur.”Bildiyiniz kimi, İrlandiya Hökuməti bu il ATƏT-ə rəhbərlik edib.Şimali İrlandiyada da mübahisəıli ərazi nümunəsi var.Danışıqlar yolu ilə bu ərazi üzərində süverenlik idarəetmənin bir qədər bölünməsi modelinə keçib.Həm İrlandiya, həm də Britaniya hakim dairələri bəyan ediblər ki, bu regionun gələcəyi orda yaşayan insanlardan asılı olacaq”,- deyə o söyləyib.