2012-ci ilin yanvar-iyul aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 791 mln. 643 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,5% çoxdur. Bu barədə SOCAR-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
2012-ci ilin iyul ayında SOCAR tərəfindən dövlət büdcəsinə 117 mln. 5551 min manat vergi ödənilib.
Cari ilin yanvar-iyul aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 91 mln. 473 min manat (artım 18,8%), o cümlədən iyul ayında 13 mln. 705 min manat köçürüb.
2012-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd. 351,6 mln. manat həcmində müəyyən edilib.
2011-ci ildə SOCAR tərəfindən vergi ödənişləri 1 mlrd. 335 mln. 235 min manat təşkil edib.