“Texnikabank”ın depozt portfeli 2012-ci il avqustun 1-nə 107 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında bildirilir.
“Təcili əmanətlərin həcmi son iki ayda 7,6 mln. manat artıb və avqustun əvvəlinə olan məlumata əsasən 80,1 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 107 mln. manatı üstələyir”- deyə məlumatda bildirilir.
Bankın məlumatına əsasən, fiziki şəxslərin cari hesablarının sayı 2012-ci il avqustun 8-də 14,284 minə çatıb ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 9,24% çoxdur.Əmanətçilərin sayında da artım tendensiyası müşahidə olunub.Onların sayı 4,38% artaraq(829 nəfər) 19,7 min nəfərə çatıb.
Hazırda bankın 35 filialında və 17 bölməsində 40 min nəfərdən çox müştəriyə xidmət olunur.
“Texnikabank” 1994-cü ildə yaradılıb. Bankın majoritar təsisçisi hazırda World Wines şirkətidir (səhmlərin 75%-i).