Azərbaycan və Çili arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Qarabağ problemi Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin iştirakı ilə Santyaqoda XİN-lərarası məsləhətləşmələrdə müzakirə mövzusu olub. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidməti xəbər verir.
Bundan başqa, Y.Əliyevin Çili xarici işlər nazirinin müavini Fernando Şmidtlə görüşündə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib. Tərəflər Azərbaycanın Buenos-Ayresdəki səfirinin Çiliyə, bu ölkənin Ankaradakı səfirinin isə Azərbaycana akkreditə olunmasının müsbət başlanğıc olacağını qeyd ediblər.