Ermənilərin Ağdamın işğal olunmuş hissəsindəki mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.
Bu barədə ANS şirkətlər qrupunun regional müxbiri məlumat verib.
Məlumata əsasən, insident bazar ertəsi saat 15.00 radələrində baş verib.19 yaşlı əsgər Mirzəməhəmməd Rişanov başından aldığı güllə yarası ilə hərbi qospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayında yaradılıb.ATƏT münaqişə tərəflərinin sülh şərtlərinə əməl etməsi barədə məlumat toplamaq üçün təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə müntəzəm olaraq cəbhə xəttinə monitorinqlər təşkil edir.