Kürd və erməni teürrorçuları ümumi bir məqsəd uğrunda-Türkiyəni parçalamq məqsədi ilə birgə hərəkət edirlər. Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov belə hesab edir.
“PKK-nın məqsədi Türkiyənin müdafiə qabiliyyətinə, dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına zərbə vurmaq – ümumi nəticədə türkiyə ərazisində öz dövlətini qurmaqdır. Və bu məqsəd müəyyən mənada erməni tərəfinin məqsədləri ilə üst-üstə düşür. Onun da siyasi məqsədi Türkiyənin öz xeyrinə parçalanması və işğal etdiyi Dağlıq Qarabağı öz əlində saxlamaqdır”,-K.Səlimov “İnterfaks -Azərbaycan” agentliyinə bildirib.
.“Siyasi məqsədlərin üst-üstə düşdüyü yerdə konkret fəaliyyətlər də üst-üstə düşür. Və bu, milli mənsubiyyətindən asılı olmayaraq, terror təşkilatlarının əməkdaşlığının əsaslarını təşkil edir”.- deyə o bu yaxınlarda məhv edilən böyük bir PKK qruplaşmasının üzvlərinin Ermənistan vətəndaşları olmaları barədə Türkiyə XİN başçısının bəyanatını şərh edərkən əlavə edib
Professorun sözlərinə görə, kürd və erməni terrorçularının fəallığının artdığı təqdirdə Azərbaycan və Türkiyənin bu təhlükəni neytrallaşdırmaq üçün əməkdaşlığı gücləndirməsi , o cümlədən bu qruplaşmaların beynəlxalq terror təşkilatları siyahısına daxil edilməsinə nail oması lazımdır. “Terrorizmlə mübarizədə beynəlxalq hüquqi əməkdaşlıq bazasını genişləndirmək lazımdır. Erməni terror təşkilatlarının dövlətlərin milli qanunvericilikləri çərçivəsində tanınaraq beynəlxalq terror təşkilatları siyahısına daxil edilməsinə nail olmaq lazımdır”,- deyə K.Səlimov söyləyib.