2012-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 25 mln. 847,9 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda qaz hasilatı 10 mlrd. 284,6 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 7,7% çoxdur.
Azərbaycan hökuməti 2012-ci ilin yekunları üzrə neft hasilatını 45 mln. 977,1 min ton, qaz hasilatını 28 mlrd. 280 mln. kubmetr həcmində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda 45 mln. 370,9 min ton neft və 25 mlrd. 723,3 mln. kubmetr qaz hasil edilib.