İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşü çərçivəsində Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Yerjan Kazikanov Zirvə Görüşünün gündəliyində duran məsələləri müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti xəbər verir.
Məlumata görə, Zirvə Görüşünün yekunları üzrə Suriya, Fələstin, Mali və Myanmada vəziyyətə dair bəyannamənin qəbul edilməsi planlaşdırılır.
Bundan başqa, nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər. E.Məmmədyarov həmkarına Azərbaycanın BMT Təhlükəsizlik Şurasında və Qoşulmama hərəkatında fəaliyyəti barədə məlumat verib.