Keçən gün Azərbaycan ərazisində baş verən yol nəqliyyat hadisələri yeddi nəfərin ölümünə səbəb olub.Bu barədə “İnterfaks – Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən(DİN) məlumat verilib..
Qeydə alınan qəzalar nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN Baş Dövlət Yol Polis İdarəsinin məlumatına əsasən, qəzaların əksəriyyəti yüksək surət səbəbi ilə baş verib.
Ən ağır yol qəzası Qobustan rayonunda baş verib.Çərşənbə axşamı “Mitsubishi» markalı yolsuzluq avtomobili ilə “VAZ-21099” markalı minik maşını toqquşub.Qəza nəticəsində ikinci avtomobilin sürücüsü və iki sərnişini həlak olub.
Bundan başqa, çərşənbə axşamı Bakıda iki ölümlə nəticələnən avtomobillə piyadanın vurulması hadisəsi qeydə alınıb.