Polis özlərinin uydurduqları saxta orqana pul yığmaq bəhanəsi ilə vətəndaşların pullarını mənimsəyən fırıldaqçı qrupu saxlayıb.
“İntertfaks -Azərbaycan” agentliyinə DİN-dən bildirildiyi kimi, biri qadın olmaqla üç Azərbaycan vətəndaşı Bakıda “Dövlət yardımı komitəsi” yaradaraq az təminatlı ailələrə maliyyə yardımı vəd etməklə aldatmaq yolu ilə 3966 manat mənimsəyiblər.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində fırıldaqçılar saxlanılıb.