ABŞ və onun müttəfiqlərinin İrana qarşı başlanması ehtimal olunan müharibəsi beynəlxalq hüququn ciddi şəkildə pozulması faktına gətirib çıxaracaq. Şərqşünas-politoloq Zərdüşt Əlizadə belə hesab edir .
“Bu müəyyən dövlətlər blokunun bir ölkəyə, bu mənada İrana qarşı açıq-aşkar təcavüzü olacaq. Bu BMT Nizamnaməsinin, beynəlxalq hüququn qəti şəkildə öz qüvvəsini itirməsi demək olacaq. Qərb bir tərəfdən, müxtəlifliyi, tolerantlığı qiymətləndirməyin vacibliyini bəyan edir, digər tərəfdən isə açıq şəkildə qeyri-tolerantlılıq, digər xalqların hüquqlarına hörmətsizlik nümayiş etdirir”,- deyə Z.Əlizadə “İnterfaks -Azərbaycan” agentliyinə bildirib.
Siyasətçi hesab edir ki, İranla müharibə Cənubi Qafqaz ölkələrində sabitliyin pozulmasına gətirib çıxara biər.” Bu eynilə ona bənzəyir ki, bir evdə güçlü yanğın baş verir, alov qonşu evlərə də keçir. İranda müharibə bu ölkənin şimal hissəsində, yəni Cənubi Azərbaycanda stabilliyi pozacaq. İranda belə bir qeyri-stabil vəziyyət isə asanlıqla Cənubi Qafqaza keçə bilər”,- deyə o qeyd edib.