Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.Bu barədə rəsmi mətbuat məlumat yayıb.
Gənclər və idman naziri Azad Rəhimov prezidentə məlumat verib ki, oturacaqlarının sayı 29, 870 mindən 31, 200 minə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə Koreya şirkəti tərəfindən yenidən qurulub. Qazon üçün toxum Hollandiyadan gətirilib. Köhnə projektorlar yeni müasir işıqlandırma sistemi ilə əvəz olunub.