Bakının Suraxanı rayonunda bir evdə yanğınla nəticələnən partlayış baş verib.
Bu barədə”İnterfaks - Azərbaycan” agentliyinə FHN-dən bildirilib.
Hadisə nəticəsində ev sahibi və onun iki övladı həlak olub.
Məlumata əsasən, FHN-nin əməkdaşları ev sahibinin xanımını və oğlunu xilas edə biliblər.Onlar xəstəxanaya yerləşdirilib.
Zərərçəkən ailənin üzvləri məcburi kökündürlər.
Partlayış və yanğın faktı ilə əlaqədar araşdırma aparılır.