Azərbaycan İslam Partiyasının bir qrup fəalı cümə günü İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib.
“İnterfaks -Azərbaycan” agentliyinə partiyadan bildirildiyi kimi, polis toplaşanların Əl Qüds Günü ( 1979-cu ildə Xomeyni tərəfindən təsis edilmiş fələstinlilərin israillilərə qarşı mübarizədə həmrəylik günü) münasibəti ilə aksiya keçirmək üçün səfirlik binasına yaxınlaşmasına mane olub.
Məlumata əsasən,partiyanın üç üzvü – partiyanin sədri vəzifəsini icra edən Elçin Manafov, onun müavini Akif Heydərli və partiyanın Sumqayıt şəhər komitəsinin sədri Vüqar İbayev polis tərəfrindən saxlanılıb.