Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.
“Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçündür”, - deyə QMİ-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilmiş təbrikin mətnində deyilir.
Azərbaycanda Ramazan bayramının avqustun 19-na və ya 20-nə təsadüf edəcəyini xatırladan A.Paşazadə bayramın dövlət səviyyəsində rəsmən iki gün qeyd ediləcəyinə görə dövlət başçısına minnətdarlığını bildirib.
“Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! Amin!”, - deyə deyə təbrikdə qeyd edilir.