Sahibkarliğa Kömək Milli Fondu (SKMF)Azərbaycanda sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsi ilə 2012-ci ilin əvvəlindən ümumi məbləği 148 mln. manata bərabər olan güzəştli kreditlər verib.Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir
Məlumatda SKMF-nin icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd olunur ki, ilin əvvəlindən fondun vəsaitləri hesabına 1 660 layihə investisiyalaşdırılıb.
“Bu layihələrin kreditləşdirilməsi 6,66 mindən çox yeni iş yeri yaratmağa imkan verəcək”.- deyə Ş.Abdullayev söyləyib.
Cümə günü SKMF Bərdə rayonunda “Regionlarda sahibkarlığa dövlət dəstəyi proqramı” çərçivəsində tədbir keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev həmçinin qeyd edib ki, indiyə qədər Aran iqtisadi rayonundan olan 4829 sahibkarlıq subyektinə ümumi məbləği 230 mln. manat olan kredit ayrılıb. O cümlədən 60 layihənin kreditləşməsinə117, 6 mln. manat, vəsait ayrılıb.Bu müəssisələrdən 40-ı istifadəyə verilib,20-nin cari il ərzində işə salınması planlaşdırılır.
Ş.Abdullayev bildirib ki, SKMF-nin vəsaitləri hesabına dəyəri 96.8 mln.manata bərabər olan 10 müasir heyvandarlıq kompleksinin yaradəlmasına bütövlükdə 42,6 mln. manat ayrılıb.bu müəssisələrdən 8-i bu il istismara veriləcək.
O qeyd edib ki, cümə günü Bərdədə və yaxın rayonlarda fəaliyyət göstərən 77 sahibkar ümumi məbləği 6,5 mln. manat təşkil edən güzəştli kreditlər alıb. Bu layihələrin kreditləşdirilməsi təxminən 300 yeni iş yerinin yaradılmasına şərait yaradacaq”, - deyə məlumatda qeyd olunur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.