2012-ci ilin iyul ayında Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 1% ucuzlaşıb və 1 kv.m üçün 802,3 manat təşkil edib. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
“2012-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə orta qiymət 5,4%, 2011-ci ilin iyul ayının göstəricisi ilə müqayisədə 4,1% azalıb”, - deyə məlumatda bildirilir.
Yeni tikililər daha çox paytaxtın Yasamal, Xətai və Nəsimi rayonlarında qeydə alınıb.
Cari ilin iyul ayında birlik tərəfindən Bakıda 150 tikinti şirkəti tərəfindən 420 yeni binanın tikilməsi qeydə alınıb.