Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitindəbirliyin fəaliyyətinin təşkilati, eləcə də mədəni - humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Avqustun 22-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin -Azərbaycan, Qazaxıstan Qırğızıstan və Türkiyənin ikinci sammiti keçiriləcək.Bu barədə “İnterfaks “ agentliyinə Qırğızıstan XİN-dən məlumat verilib.
Sammitdə “Təşkilatın fəaliyyətinin institutsioanl məsələləri”, eləcə də mədəni humanitar xarakterli, xüsusən də Türkdilli dövlətlərin İnkişaf Fondunun ,Türk Akademiyasının və türk mədəni irsinə dəstək fondunun yaradılması məsələləri də müzakirə mövzusu olacaq.
Sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Qırğızıstan prezidenti Almazbek Atambayevin, Türkiyə prezidenti Abdulla Gülün iştirakı planlaşdırılır.Sammitdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Dövlət başçılarının birinci sammiti 2011-ci ildə Astanada keçirilib.