Müdafiə naziri Səfər Əbiyev cümə axşamı İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir diplomatın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.