“Paşa Bank” “İnternet bank” xidmətini həyata keçirir. Bu barədə bankın məlumatında bildirilir.
“Maliyyə və müvəqqəti xərclərin optimallaşdırılmasında müştərilərinə kompleks yanaşma təklif edən “Paşa bank”, bank xidmətinin müvafiq əməliyyatların yerinə yetirilməsini asanlaşdıran və sürətləndirən daha səmərəli forma və standartlarını həyata keçirir. Bu cür xidmətlərdən biri internet şəbəkəsi vasitəsilə maliyyə əməliyyatlarını maksimal sürət və etibarlılıqla aparmaq imkanı verən müasir, rahat və praktik bank xidmətləri kompleksi təmin edən "İnternet bank" xidmətidir”,- deyə məlumatda qeyd olunur.
“İntenet bank” xidmətinin köməyi ilə Müştəri istənilən məsafədən hesablarının idarə edilməsinə, ödənişlərinin yerinə yetirilməsinə və əvvəllər sadəcə Bankın ofisində həyata keçirilə bilən bir sıra digər əməliyyatlara çıxış əldə edir.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holding”in strukturuna daxildir. Bankın nizamnamə kapitalı 157 mln. manata bərabərdir.