Azərbaycan 2012-ci ilin yanvar- iyul aylarında 21 mln. 142, 598 min ton neft ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 8,3 % azdır. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, yanvar- iyul aylarında Azərbaycandan neft ixracı 21 mln.142,598 min ton təşkil edib.Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 17 mln. 240,742 min ton. Bakı- Supsa neft kəməri ilə 2 mln.177,807 min ton, Bakı- Novorossiysk neft kəməri ilə 1 mln. 138,597 min ton. neft ixrac olunub.Dəmir yolları ilə Gürcüstan limanlarına 585,451 min ton neft daşınıb.
Komitədən bildirildiyi kimi, hesabat dövründə $12 mlrd. 100 mln. 985.14 min məbləğində 14 mln. 279,383 min ton rəsmiləşdirlimiş neft ixrac edilib.
Həmçinin, DGK-dan bildirilib ki, yanvar-iyul aylarında Azərbaycandan $697,416 mln. məbləğində 858,452 min ton neft məhsulları ixrac olunub.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycan 37 mln. 450,057 min ton neft ixrac edib.