2012-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətində müsbət saldo $8 mlrd. 783 mln. 684,86 min təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $19 mlrd. 381 mln. 864,78 min (azalma 5,94%) təşkil edib.
Bununla yanaşı, həmin dövrdə ixracın həcmi $14 mlrd. 82 mln. 774,82 min, idxal isə $5 mlrd. 299 mln. 89,96 min təşkil edib. 2011-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə ixrac 9,05% azalıb, idxal 3,47% artıb.
2012-ci ilin yanvar-iyul aylarında Azərbaycan 140 ölkə ilə ixrac əməliyyatları həyata keçirib. Ticarət əməliyyatlarında 3683 fiziki və 3245 hüquqi şəxs iştirak edib.