“Azərsu” ASC yanvar-iyul ayları ərzində abonentlərə 627,743 min manat məbləğində cərimə sanksiyaları tətbiq edib. Bu barədə ASC-nin məlumatında bildirilir.
“ 7 ay ərzində Azərbaycanda ASC əməkdaşları tərəfindən 914 qeyri-qanuni su istifadəsi faktı aşkarlanıb, ümumi məbləği 627,743 min manata bərabər olan cərimələr tətbiq edilib.
“Azərsu” ASC-nin məlumatına əsasən, təkcə iyul ayı ərzində 75-i Bakı şəhərində, 14-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 89 fakt aşkarlanıb”,- deyə məlumatda qeyd edilir.
Qanunu pozan abonentlərə qarşı ümumilikdə 160,42 min manat məbləğində cərimə tətbiq olunub.