Xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla İsrail arasında mövcud münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib.
Öz növbəsində, M.Lavon-Lotem Bakıda səfir işlədiyi dövrdə iki ölkə arasında bir çox sahədə əməkdaşlığın daha da inkişaf etməsi üçün səylə çalışdığını qeyd edib.
Avqustun 16-da səfir M.Lavon-Lotem Bakıda diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.