SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Hövsan-Zığ” və ona bitişik “quru-dəniz” keçid zonasında üçölçülü - 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə SOCAR şirkətindən bildirilib
İşlər “Kəşfiyyatgeofizika” və Rusiya Federasiyasının “İnteqra-Geofizika” şirkəti tərəfindən “Absheron Operating Company LTD” Əməliyyat Şirkətinin sifarişi əsasında həyata keçirilib.
“Seysmik araşdırmalar “Hövsan-Zığ” və ona bitişik “quru-dəniz” keçid zonasında 70 kvadrat kilometr sahədə aparılıb”,- deyə şirkətdən bildirilib.
Seysmik kəşfiyyat işləri “Hövsan” və “Zığ” yataqlarının üçölçülü modelinin qurulması, geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eyni zamanda məhsuldar qatdan altda yatan çöküntülərin neft-qazlılığının proqnozlaşdırılması məqsədi ilə aparılıb
“Absheron Operating Company” Hövsan –Zığ” yataqlar blokunun işlənilməsi ilə məşğul olur.
“Hövsan-Zığ” quru yatağının işlənməsi üzrə PSA tipli müqavilə 2006-cı il noyabrın 19-da imzalanıb.Müqavilənin iştirakçıları SOCAR( 25%) və Rusiyanın Global Invest şirkətidir(75%).
1. “Hövsan- Zığ” yataqlar bloku Abşeron yarımadasının cənub hissəsində yerləşir. Yatağın çıxarıla bilən qalıq ehtiyatlarının həcmi təxminən 12 mln. ton neftdir.”Zığ” yatağında neft hasilatına 1935-ci ildə, “Hövsan” yatağında isə 1948-ci ildə başlanılıb.