2012-ci ilin iyul ayında Bakıda təkrar daşınmaz əmlak bazarında qiymətlər iyun ilə müqayisədə 0,6% - 1 kv. metrə görə $980 qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak bazarı iştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitoriqlər göstərib ki, iyulda təkrar bazarda satışa çəxarılan mənzillərin orta qiyməti $110,846 min təşkil edib.
Birliyin məlumatına görə, iyulda Bakının bir çox rayonlarında təkrar bazarda daşınmaz əmlaka qiymətlərin azalması müşahidə edilib. Bununla yanaşı, iyul ayında ən çox qiymət azalması – 1,3% Səbayıl rayonunda qeydə alınıb.
İyul ayında Bakıda təkrar daşınmaz əmlak bazarında bağlanan əqdlərin sayı 1,3% azalıb.
Hesabat ayında ümumi portfeldə təkliflərin sayı 0,5% artıb və satış üçün təklif olunan mənzillərin ümumi sayı 7,65 mini ötüb. Bununla belə, iyulda ümumi təklif portfelində yeni tikililərin sayı artıb.
İyulda ümumi təkliflər portfelində paytaxtın Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib. Onların ümumi payı 78,7% təşkil edib.