Bakının Keşlə qəsəbəsində Babək prospektində yerləşən Elmi-Tədqiqat İnstitutu ərazisində ağac emalı üzrə sexdə yanğın baş verib.
FHN-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğın yerli vaxtla saat 14.00 radələrində başlayıb. Alışmanın ümumi sahəsi 100 kvadrat metr təşkil edir.
Yanğının söndürülməsinə təxminən 10 yanğınsöndürən briqada cəlb edilib. Hazırda alışma mənbəyini məhdudlaşdırmaq mümkün olub.
Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb.