AMEA-nın Mərkəzi Elmi Kitabxanası İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinə 120-dən artıq kitab təqdim edib. Bu barədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Mən İstanbulda bu yaxınlarda yaradılan Türkiyə Azərbaycan Dərnəyinin üzvləri ilə görüşdüm. Türkiyədə yaşayan azərbaycanlı və türkiyəli gənclər bizim ədəbiyyat və tariximiz barədə zəif məlumatlanıb. Onlara hədiyyə kimi təqdim edilən ədəbiyyat Azərbaycanın tarixi, ədəbiyyatı, həmçinin memarlığıvə mədəniyyətin digər sahələrində nailiyyətləri ilə daha yaxından tanış olmağa kömək edəcək”, - deyə o bildirib.
İstanbulda görüşdə çıxış edən birliyin sədri Səfər Qaraqoyunlu vurğulayıb ki, yaradılan strukturun əsas məqsədi iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsidir. Birliyin binasının foyesində hədiyyə edilən kitablardan ibarət sərği təşkil olunub.