Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Paşa Kapital” MMC-yə diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Bu barədə QKDK-nın məlumatında deyilir.
“Avqustun 24-də “Paşa Kapital” MMC diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar alıb”, - deyə məlumatda bildirilir.
Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 aktivlərin idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.