Ötən həftə Norveç məhkəməsi tərəfindən 70-dən artıq insanın qətlinə görə 21 il müddətinə həbs cəzasına məhkum edilən Anders Breyvikin meydana çıxması faktı Avropada yeni vətəndaş müharibəsinin əlamətidir. Rusiya İslam Komitəsinin sədri Heydər Camal belə hesab edir.
“Mən ona neçə il verildiyini tamamilə mühüm hesab etmirəm. 21 il ərzində o dəli ola və özünü öldürə bilər. Lakin əsas məsələ, Breyvikin başlanan vətəndaş müharibəsində ilk qığılcım olmasıdır”, - deyə H.Camal “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun fikrincə, bu mənada A.Breyviki Qavrilo Printsip ilə müqayisə etmək olar. Məhz Q.Printsip bir atəşi ilə Birinci Dünya müharibəsinə səbəb olan bir serb tələbədir.
Bununla yanaşı, Breyvikin işinin Qərbdə anti-islam əhval-ruhiyyəli daha böyük partlayışlara səbəb olacağı kimi bir təhlükə varmı sualını H.Camal şərh edib. “Məsələ burasındadır ki, Qərb tamamilə çürük və degenerativ cəmiyyətdir, partlayış nə qədər güclü olursa-olsun, bu yaxşı heç nə vəd etmir. Avropa sivilizasiyası artıq canlı meyitdir. Bu eynicinsli nikahların olduğu, feminizm cərəyanının rəhbər olduğu pozğun siviliyasiyadır. Avropa sivilizasiyalarının nə iradəsi, nə də layihəsi var, çünki orada bu prosesin nə ilə nəticələnəcəyi tamamilə əhəmiyyətsizdir. Mühüm olan odur ki, İslam Avropa ərazisində yeganə gündəmdə, fəaliyyətdə olan amildir və müsəlmanlar norveç və alman camaatı arasında rast gəlindikdə yalnız görünən yeganə insanlardırlar”, - deyə islamşünas bildirib.