2012-ci ilin iyul ayında Bakıda torpaq bazarında qiymətlər iyun ayı ilə müqayisədə 0,7% - orta hesabla bir sota görə $14,895 minə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
“İyul ayında torpaq qiymətlərində ucuzlaşma bakının əksər rayonlarında qeydə alınıb.Ən çox ucuzlaşma Bakının Yasamal (1,1%) rayonunda qeydə alınıb.
Təşkilatın məlumatına əsasən,iyulda bazara çıxarılmış bütün torpaq sahələrinin 80,4%-ni və ya 746,1 hektarını boş sahələr təşkil edib.
2012-ci ilin iyulunda a torpaq sahəsinin ən yüksək qiyməti paytaxtın Nəsimi rayonunda çay fabriki yaxınlığında (bir sota görə $350 min), ən aşağı qiyməti isə Abşeron rayonunun Pirəkişkül qəsəbəsində (bir sota görə $350) qeydə alınıb.
2012-ci ilin iyulunda Azərbaycanda kommersiya məqsədləri üçün qeyri-yaşayış yerlərinin qiymətləri iyun ayı ilə müqayisədə 0,2% enib və 1 kv. metrə görə $2864 təşkil edib.
2011-cu ilin analoji dövrü ilə müqayisədə qiymətlər 0,4% -enib.
Bakıda qeyri-yaşayış kommersiya obyektləri üzrə təkliflərin sayı 1% azalıb.
Qeyri-yaşayış kommersiya obyektləri üzrə təkliflərin ümumi portfelində 1 kv. metrə görə qiymət iyul ayında təklif edilmiş orta qiymətdən az qiymətə təklif edilmiş obyektlərin payına 53,3% düşüb.
İyunla müqayisədə iyulda bağlanan əqdlərin sayı 0,7% azalıb.
İyulda ən çox qiymət azalması ən Binəqədi rayonunda (0,8%) . qiymət artımı qaradağ rayonunda (0,2%) qeydə alınıb.
İyulda Bakıda kommersiya məqsədləri üçün qeyri-yaşayış yerlərinin icarə qiyməti 0,1% azalıb.