«Unibank» nağd vəsaitlərin depozit və kart hesablarına qəbul edən və kreditləri ödəmək imkanı verən müasir tipli cash-in cihazların quraşdırılmasına başlayıb .Bu barədə bankın məlumatında bildirilir.
Cash-in cihazları bankın həm paytaxt , həm də region filiallarında fəaliyyət göstərəcək.
Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərdə və “Unibank”ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq
Nəticədə müştərilər operativ sürətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm plastik kartları vasitəsi ilə artıq apara bilərlər. Bundan başqa, yeni cash-in cihazların quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesabların artırılması imkanında olacaqlar. Bu zaman Bankın kassalarına müraciət etmək zərurəti daha yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq.
Cash-in aparatlar vasitəsi ilə kommunal və mobil xidmətlər də daxil olmaqla digər növ əməliyyatlar da həyata keçirmək olar.
“Nağd pulun qəbulu və hesabların artırılmasını mümkün edən yeni cihazlar, müştərilərin vaxtını kəskin sürətdə qənaət etməklə bərabər, apardıqları əməliyyatları avtomatlaşdırır», - «Unibank» ASC-nin Riteyl xidmətlərin inkişafı üzrə Baş meneceri Taleh Tahirli bildirib .
Yeni cash-in cihazlara yalnız milli valyutada olan pul əsginasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir – manat vəsaitləri bu zaman Bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalı 15 mln. manta təşkil edir, bunun 76,43%-i fiziki şəxslərə, 15,15%-i – AYİB- və 8,33%-i - DEG şirkətinə məxsusdur.