Ucar rayonu ərazisində “VAZ-2107” və “Niva” markalı iki avtomobilin toqquşması iki nəfərin ölümü ilə nəticələnib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Yol-nəqliyyat hadisəsində bir kişi və üç yaşlı uşaq həlak olub. Bundan başqa, avtomobillərin sürücüləri də daxil olmaqla daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.