Azərbaycan və Belarus prezidentləri İ.Əliyev və A.Lukaşenko hər iki dövlətin energetika sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğuğunu təsdiq ediblər.
“Energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı- perspektiv istiqamətdir”,- deyə A.Lukaşenko çərşənbə axşamı Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqlar zamanı bildirib.
A.Lukaşenko xüsusilə qeyd edib ki, Belarus şirkətləri heft hasilatı sahəsində birgə fəaliyyət və servis xidmətləri göstərməyə hazırdırlar”. Prezident əlavə edib ki, Belarus tərəfi keyfiyyətli geofiziki və qazma avadanlıqlarının çatdırılmasını da təmin edə bilər.
A.Lukaşenko Belarus və Azərbaycanın energetika sahəsində qarşılıqlı əlaqələrdə yüksək efffektivlik nüümayiş etdirdiyini söyləyib.” Belarus enerji təhlükəsizliyinin təminində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır”,- deyə Belarusun dövlət başçısı bildirib.
İ.Əliyev öz növbəsində energetika sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.”Biz münasibətlərimizi energetika sahəsində sınaqdan keçirmişik. Biz qısa vaxt ərzində mən inanıram ki, gələcəkdə də istifadə oluna biləcək səmərəli mexanizm yaratmışıq”,-deyə Azərbaycan Prezidenti vurğulayıb.