SOCAR şirkətinin (Azərbaycan Dövlət neft Şirkəti - ARDNŞ) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi Kür-Qabırrı çaylararası neftli-qazlı rayonun “Eldaroyuğu-Böyük Palantökən” sahəsində geofiziki kəşfiyyat işlərini 2012-ci ilin oktyabr ayında başa çatdırmağı planlaşdırır .Bu barədə SOCAR şirkətinuin rəsmi saytında məlumat verilir.
Kompleks geofiziki kəşfiyyat işləri seysmik və qravimaqnitometrik üsullarla aparılır.
İşlərin görülməsində məqsəd neft-qaz toplanması üçün əlverişli zonaların müəyyənləşdirilməsidir.” İndiyə qədər ümumi işin 60 % artıq başa çatdırılıb. Çöl işlərinin oktyabr ayının əvvəllərində yekunlaşdırılması planlaşdırılır”,- deyə məlumatda bildirilir.
Bundan sonrakı mərhələdə əldə ediləcək materiallar emal və interpretasiya olunacaq.