Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Texniki Universiteti (ATU) ilə informasiya təhsil sisteminin yaradılması ilə bağlı qrant layihəsi həyata keçirir.
Koreya agentliyinin məlumatına görə, $2 mln. dəyərində layihə akademik təhsil sisteminin təkmilləşdirilməsi üçün universitetə texniki köməyin göstərilməsini nəzərdə tutur. Beləliklə, tezliklə ATU-nun tələbələri universitetə gəlmədən ev şəraitində akademik işlərlə məşğul ola biləcəklər. Bunun üçün hazırlıq işlərinin gələn il başa çatdırılması planlaşdırılır.
Layihənin detallarının müzakirəsi məqsədilə dörd koreyalı mütəxəssis Azərbaycana ezam olunub.