Azərbaycanın hüquq-mühafizə orqanları quldurluq və soyğunçuluq ittihamı ilə Rusiyada axtarışda olan iki nəfəri ölkə ərazisində saxlayıb.
Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyin ə verilən məlumata görə, Bakıda aparılan operativ-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin (CM) 164-cü maddəsi (quldurluq) ilə axtarışda olan Faiq Rüstəmov tutulub.
Bundan başqa, Gəncədə aparılan operativ-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Ruslan Quliyev tutulub.