“Azərsu” ASC 2012-ci ilin sonuna qədər Yevlax, Naftalan, Bərdə və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə başalmağı planlaşdırır. Bu barədə ASC-nin məlumatında bildirilir.
Bu işlər Azərbaycan Hökuməti və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JBIC) tərəfindən maliyyələşdirilən “Kiçik şəhərlərdə su və kanalizasiya təchizatı” layihəsinin bir hissəsidir.
YBIC-in Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Tetsuya Yamada cümə axşamı Bakıda “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynovla layihənin reallaşdırılması ilə bağlı işlərin gedişini müzakirə edib. Tərəflər xüsusilə, görülən işlərin və prosedurların sürətləndirilməsi, layihələrdə ən son texnologiyanın tətbiqi və digər məsələlərlə bağlı müzakirələr aparılıb”,- deyə məlumatda bildirilir.Məlumatda qeyd olunur ki, layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərində işlərə başlanılıb, Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərləri üzrə isə tender prosedurları yekunlaşmaq üzrədir. 2012-ci ilin sonuna qədər bu 4 şəhərdə də işlərə başlanılacaq.
Xəbər verildiyi kimi, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Neftçala Şirvan,Salyan və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
2009-cu il mayın 29-da imzalanmış kredit müqaviləsinin şərlərinə əsasən JBIC bu işlərin yerinə yetirilməsinə 10 ili güzəştli olmaqla 30 il müddətinə 1,4% dərəcəsi ilə 38 mlrd. yapon yeni (($400) ayıracaq.
Ayrılan vəsaitlər su təmizləyici və yanğınsöndürən qurğular da daxil olmaqla bütövlükdə nasos stansiyalarının, su şəbəkələrinin və ötürücü xətlərin yenidən qurulmasına,eləcə də su kanal idarələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Layihə Azərbaycanın 10 şəhər və rayon mərkəzində su və kanalizasiyta sistemlərinin bərpasını nəzərdə tutur və ümumilikdə 400 min insanı əhatə edəcək.