Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Latviyanın Rifah Nazirliyi arasında qarşılıqlı analaşma memorandumu imzalanıb.Bu barədə komitənin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, sənəd bu həftə komitə sədri Hicran Hüseynovanın Latviyada apardığı danışıqlar zamanı imzalanıb.
Səfər zamanı H.Hüseynova rifah naziri İlze Vinkele ilə, həmçinin Liepaya şəhərinin bələdiyyəsində, Sosial İnteqrasiyalar Dövlət Agentliyində, ailə, qadın, uşaq problemləri ilə məşğul olan müxtəlif mərkəzlərdə görüşlər keçirib. Görüşlərdə gender bərabərliyi və s. məsələlər müzakirə mövzusu olub.