Tehranda keçirilən Qoşulmama Hərəkatının sammitində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən XİN başçısı Elmar Məmmədyarov Qazaxıstanlı həmkarı Yerjan Kazıxanovla görüşüb. Nazirlər iki ölkənin münasibətlərini müzakirə ediblər.
Bundan başqa, cümə axşamı XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər Xəzər dənizinə aid məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.