Cümə günü səhər saat 07:30-da Bakının Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yerli televiziyanın Qaradağ rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, "Daewoo" markalı sərnişin avtobusunun (124 nömrəli marşrut) sürücüsü idarəetməni itirib, nəticədə avtobus qatara çırpılıb.
İlkin məlumatlara görə, avtobusun 15 sərnişini və sürücü həlak olub, təxminən 20 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.